Xəbər verdiyimiz kimi, ötən gün Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə olan hər iki şəxs sağ qalıb.
Day.Az xəbər verir ki, qəzadan sağ qurtulan sürücü həmin anları "Xəzər Xəbər"ə danışıb.
"Mən üzü aşağı gəlirdim, "Mersedes" qarşıma çıxdı. Ondan sonra kanala düşdük. Daha sonrası yadıma gəlmir. Kanalda su çox olub. Xalam oğlu bir tərəfə, mən o biri tərəfə düşmüşəm".