Oğuzda ölümlə nəticələnən yol qəzası olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 2-dən 3-ə keçən gecə Oğuz-Bayan avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Oğuz rayon sakini 29 yaşlı Kənan Rəhman oğlu Əzizovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin 25 yaşlı Urfan Namiq oğlu Məcidov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
Sürücü isə aldığı xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.