AZ

F-16-lar artıq Ukraynadadır - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski döyüş aviasiyası ilə bağlı iclas keçirib.

Publika.az xəbər verir ki, o, bu barədə "Telegram" səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, görüş zamanı əsas məsələ Ukraynanın hərbi aviasiya donanmasının inkişafı olub. Xüsusilə, əlavə F-16 qırıcılarının gələcək tədarükləri müzakirə edilib.

"Bütün əsas məsələlər - F-16-lar artıq Ukraynadadır. Yaxın gələcəkdə gözlədiyimiz F-16-lar var. Hərbi aviasiyamızı daha effektiv hazırlamağa və istifadə etməyə kömək edəcək sistemli həllər var", - deyə dövlət başçısı əlavə edib.

Seçilən
0
4
publika.az

5Mənbələr