ABŞ Prezidenti Donald Tramp özünün Roma papası obrazında təsvir edildiyi şəkil paylaşıb.
Publika.az xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsində paylaşdığı süni intellekt vasitəsilə yaradılmış şəkildə qızılı stulda əyləşmiş vəziyyətdə ağ sutanada təsvir edilib.
Xatırladaq ki, Roma Papası Fransiskin vəfatından sonra Tramp zarafatla pontifik olmaq istədiyini bildirmişdi. ABŞ lideri Papanın dəfnində də iştirak edib.