AZ

Məktəb qidasında ilan qalıqları şagirdləri zəhərlədi

Hindistanın Bihar ştatındakı bir məktəbdə ilan qalıqları olan qidaya görə yüzlərlə şagird zəhərlənib. 

News24.az xəbər verir ki, Bihar şəhərinin Mokama qəsəbəsində yüzlərlə şagird dövlət məktəbinə ilan qalıqları olan yeməkdən zəhərlənib. Zəhərlənən tələbələrdən ən azı 22 nəfəri xəstəxanaya göndərilib. Hadisəyə münasibət bildirən rayon sakinləri yol-nəqliyyat hadisəsini bağlayaraq aksiya keçiriblər.

Nuray

Seçilən
0
news24.az

1Mənbələr