"Fənərbağça" və Polşa millisinin üzvü Sebastyan Şimanski yeni mövsümə İtaliyada başlaya bilər.
Bizim.Media xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçiyə "Latsio"dan təklif gəlib.
Türkiyə klubu polyak futbolçunun transferini mövsüm başa çatdıqdan sonra müzakirə etmək üçün "Latsio"dan vaxt istəyib. Şimanskinin özü isə bununla bağlı qərarını verməyib.
2023-cü il iyulun 12-də "Fənərbağça"ya keçən Şimanski 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur. Onun transfer dəyəri 17 milyon avrodur.
Şimanski "Legiya", "Dinamo"(Moskva), "Feyenoord" klublarında çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta