AZ

Rusiyanın Ukraynaya qarşı müharibəsi tezliklə bitməyəcək – ABŞ-ın vitse-prezidenti J.D.Vens

ABŞ-ın vitse-prezidenti J.D.Vens hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi “tezliklə bitməyəcək”.

Vens qeyd edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya və Ukraynaya müharibəni bitirmək üçün “komromis tapmağa” necə kömək etmək məsələsi ilə üzləşir, lakin “məhz Rusiya və Ukrayna razılığa gəlməli və bu amansız münaqişəyə son qoymalıdır”.

Siyasətçi əlavə edib ki, indi hər bir tərəf rəqibin sülhə nail olmaq üçün hansı şərtləri irəli sürdüyünü bilir. “Bəli, əlbəttə ki, ukraynalılar işğal olunmalarına görə qəzəblənirlər. Amma biz bu və ya digər şəkildə bir neçə kilometr ərazi üzərində minlərlə və minlərlə əsgər itirməyə davam edəcəyikmi?” – deyib.
ABŞ-ın vitse-prezidenti eyni zamanda Rusiya və Ukrayna arasında danışıqların perspektivləri ilə bağlı nikbinliyini ifadə edib və “hər iki tərəfin özünə gələcəyinə” ümid etdiyini bildirib. Vens deyib ki, bu baş verərsə, bunun səbəbi Trampın 21-ci əsrin ən yaxşı sövdələşmələrindən birini təklif etməsi olacaq. “Mən əminəm” demək çətindir. Qərar Rusiya və Ukraynanın ixtiyarındadır, biz onları sadəcə olaraq söhbətə cəlb edirik. İndi o vaxtdır ki, minlərlə və on minlərlə gəncin ölümü haqqında “kifayət qədər” danışmağa borcluyuq”.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
1
editor.az

2Mənbələr