AZ

HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazır olduğunu bildirib

HƏMAS liderlərindən biri Abdel Rəhman Şadid bildirib ki, Fələstin hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır və hazırda İsraildən tədbir gözləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“HƏMAS təsdiq edir ki, o, (İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi) saziş bağlamağa hazırdır və bununla bağlı artıq hərtərəfli təklifini təqdim edib”, – deyə Şadid bildirib.

Onun sözlərinə görə, İsrail tərəfi “danışıqların uğuruna mane olur, indi top onun meydançasındadır”.

Seçilən
0
1
nocomment.az

9Mənbələr