AZ

Heydər Əliyev Mərkəzi ilə bağlı 5 tender ləğv edildi

  Heydər Əliyev Mərkəzi tərəfindən planlaşdırılan bir sıra satınalmalar ləğv edilib.

Dövlət Satınalmalar Agentliyindən Referans-a verilən məlumata görə, 213.449,00 manat dəyərində Heydər Əliyev Mərkəzi üçün IT avadanlıqlarının satınalınması, 395.889,00 manat dəyərində Heydər Əliyev Mərkəzində istismar olunan su soyutma sisteminə aid olan çiller qurğularına il ərzində göstərilən texniki xidmətlərin və müxtəlif ehtiyat hissələrinin satınalınması ilə bağlı tenderlər ləğv edilib.

Hər iki tenderin ləğv edilmə səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Yeri gəlmişkən, mərkəzin ləğv edilən digər satınalmaları bir qədər fərqlidir. Belə ki, tenderlərin qiymətləri açıqlanmır. Məsələn,tenderdə iştirak etmək üçün təklifi vermiş iddiaçıların sayının üçdən az olması səbəbindən ləğv edilən Heydər Əliyev Mərkəzi üçün müxtəlif təyinatlı nasosların, idarəetmə panellərinin, genişləmə çənlərinin və digər malların satınalınması ilə bağlı elanda tenderin dəyəri əksini tapmayıb.

Mərkəzlə bağlı ləğv olunan daha bir tender elektron idarəetmə proqramlarına il ərzində texniki xidmətlərin satınalınması ilə bağlıdır. Bu tenderdə də işlərin dəyəri göstərilməyib. Mərkəzin özü tərəfindən də satınalma ləğv edilib.

Heydər Əliyev Mərkəzinin xidməti avtomobillərinə il ərzində göstərilən texniki xidmətlərin satın alınması da iddiaçıların sayının az olması səbəbindən ləğv edilib.

Qeyd edək ki, ləğv edilən tenderlər mərkəz tərəfindən ilin əvvəlində elan edilib./teleqraf  

Seçilən
0
1
referans.az

3Mənbələr