Bakı. Trend:
İrlandiyanın Məlumatların Qorunması Komissiyası Çinin“ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini 530 milyonavro məbləğində cərimələyib.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə tənzimləyicininbəyanatında qeyd olunur.
Məlumata görə, platformanın iri məbləğdə cərimələnməsinə əsasavropalı istifadəçilərin şəxsi məlumatlarının Çinə ötürülməsi olub.İrlandiyanın tənzimləyici qurumu şirkətin bununla Avropaİttifaqının şəxsi məlumatların qorunması ilə bağlı qaydalarınıpozduğunu iddia edir.
"Araşdırma nəticəsində "TikTok"a ümumi məbləği 530 milyon avroolan inzibati cərimələr tətbiq olunub və ona altı ay ərzindəməlumatların emalını tələblərə uyğunlaşdırmaq barədə göstərişverilib. Qərarda həmçinin, bildirilir ki, əgər bu müddət ərzindəməlumatların emalı tələb olunan səviyyəyə çatdırılmasa, "TikTok"unÇinə məlumat ötürməsi dayandırılacaq", – komissiyanın bəyanatındaqeyd olunub.