AZ

“Prezident kuboku-2025” beynəlxalq turnirinin bağlanış mərasimi baş tutdu

Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Mingəçevirdəki “Kür”Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbirdə qaliblərə kuboklar təqdim olunub.

Akademik avarçəkmədə Gürcüstan yığması, kanoe-kayakda isə Özbəkistan birinci olub.
Daha sonra bağlanış bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan yığması “Prezident kuboku-2025” turnirini 15 medalla başa vurub.

Seçilən
0
teleqraf.com

1Mənbələr