"Regiondakı digər ölkələrin paytaxtları ilə müqayisədə Bakıda mənzillərin qiyməti daha yüksəkdir. Bunun əsas səbəbi paytaxtımızın biznes mərkəzi olmasıdır".
Bunu Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov Baku TV-nin "Aktual gündəm" verilişində mənzillərin qiymət artımı ilə bağlı danışarkən bildirib.
O qeyd edib ki, Bakıda əhali sıxlığı yüksək olduğundan biznes mühiti daha əlverişli hesab olunur. "Qiymətlər tələb və təklif əsasında formalaşır. Lakin mənzillərin bahalaşmasına subyektiv səbəblər də təsir göstərir", - deyə N.İbrahimov əlavə edib.
Ətraflı süjetdə: