“Avropa Ukrayna münaqişəsinin həlli üzrə danışıqların uğursuzluğu halında Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır”.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baron deyib.
O bildirib ki, tədbirlər ABŞ senatoru Lindsi Qrem tərəfindən təklif olunan ikinci dərəcəli sanksiyalar qanun layihəsi ilə əlaqələndirilə bilər:
“Müvafiq olaraq, Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrdən idxala 500 faiz gömrük rüsumunun tətbiqi təklif edilir. Biz avropalılar ABŞ-ın son təşəbbüsünü 17-ci sanksiyalar paketi ilə müşayiət edəcəyik. Dünən mən Lindsi Qremə söz verdim ki, iki paketi koordinasiya etməyə çalışacağıq”.
Qeyd edək ki, mayın 1-də respublikaçı senator Lindsi Qrem Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar haqqında qanun layihəsi hazırlayıb. Fevralda isə ABŞ prezidenti Rusiyaya qarşı bütün məhdudiyyətləri daha bir il uzadıb.