AZ

“Şuşaya Bayraq Asan Cəngavər”in Rəşad Aslanovun doğum günüdür- Fotolar

Şuşa fatehi, Qarabağ döyüşlərində Şuşanı azad edən xüsusi təynatlıların komandiri və Şuşaya Azərbaycan bayrağını sancan Rəşad Aslanovun doğum günüdür. 

Ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub.

Qusar şəhər 6 saylı orta məktəbinə daxil olub və sonradan təhsilini  Bakı Türk Liseyində davam etdirib. 1997-ci ildə yüksək bal toplayaraq Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olub. Təhsil aldığı müddətdə fərqləndiyinə görə, Heydər Əliyev adına Prezident təqaüdü,əlaçı döş nişanı, və çoxsaylı fəxri fərman və mükafatlara layiq görülüb.  2001-ci ildə ali məktəbi əlaçı bitirərək Ümummilli Lider Heydər Əliyev tərəfindən ona Qırmızı diplom təqdim edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında 2016-cı ildə magistr təhsilini alıb.2002-ci ildə təyinatla Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə xidmətə  başlayıb.
2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib.
2020-ci ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib.
Xidmət etdiyi müddətdə 10, 90, 95 və 100 illik “Yubiley”, “Şücayətə görə”, “Qüsursuz xidmətlərə görə” 1, 2, 3-cü dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə, Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub.Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir.
Vətən Müharibəsində yaralandığına və səhhəti xidmət etməyinə imkan vermədiyinə görə 2023-cü ilin mart ayında Ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.

 Rəşad Aslanova “Şuşaya Bayraq Asan Cəngavər” kitabı  həsr olunub.

XALQ.AZ kollektivi dəyərli Rəşad Alanovu doğum günü münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. 

media-999

media-33

media-977

media-288

 

media-28 media-29 media-30 media-32 

Seçilən
0
xalq.az

1Mənbələr