Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi var.
Bu barədə Çili Hərbi Dəniz Qüvvələrinin okeanoqrafiya və hidroqrafik xidmətinə istinadən CNN Çili telekanalı məlumat yayıb .
Çili seysmoloji xidmətinin X sosial şəbəkəsində dərc olunmuş məlumatlarına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 08:58-də qeydə alınıb. Zəlzələnin episentri Puerto Uilyams şəhərindən təqribən 218 km aralıda yerləşib.
CNN Çili kanalı qeyd edib ki, Çilinin Təbii Fəlakətlərin Qarşısının Alınması və Müdaxilə üzrə Milli Xidməti (SENAPRED) Magallanes bölgəsindəki sahil zonasının boşaldılmasını elan edib.