Bakıda gənc qız faciəli şəkildə dünyasını dəyişib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.