AZ

Azərbaycan gimnastları Avropa Kubokunda qızıl medal qazandı

BAKI, 2 may. TELEQRAF

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda qızıl medal qazanıb.

Teleqraf xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda top və halqalarla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən 175 gimnast çıxış edir.

Seçilən
0
6
teleqraf.com

6Mənbələr