AZ

Ermənistanda zəlzələ oldu

Dünən səhər saatlarında Ermənistan ərazisində yeraltı təkanlar olub.

 

Sfera.az xəbər verir ki, zəlzələ Qeqarkunik vilayətinin Qavar şəhərindən təxminən 13 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Ermənistanın Seysmoloji Xidmətinin verdiyi rəyə görə, zəlzələnin episentrində təkanların gücü 3-4 bal arasında dəyişib.

 

Zəlzələ təkcə Ermənistanın bəzi bölgə və kəndlərində deyil, eyni zamanda Azərbaycanın sərhədə yaxın yaşayış məntəqələrində də hiss olunub. Həmin ərazilərdə təkanların gücü 2-3 bal səviyyəsində qiymətləndirilib.

Seçilən
0
2
sfera.az

3Mənbələr