AZ

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazandı

Azərbaycan milli komandasının cüdoçusu Balabəy Ağayev Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Teleqraf xəbər verir ki, 60 çəki dərəcəsində mübarizə aparan Ağayev finalda yerli cüdoçu Mehrzod Sufiyevlə qarşılaşıb.

Görüşdə qələbə qazanan 26 yaşlı cüdoçu qızıl medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər cüdoçusu Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Artyom Şturbabinlə üz-üzə gələcək.

Seçilən
0
5
teleqraf.com

6Mənbələr