Sumqayıtda hasar aşıb, ölən var.
APA xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.
Daş hasar 1980-ci il təvəllüdlü Natiq Haqverdiyevə məxsus "KamAZ" markalı maşının üzərinə aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.