Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nəzirliyinin Mətbuat Xidmətinin rəisi, polis- leytenantı Elşad Hacıyev "Təhlükəsizlik rəqəmsal media mühiti:məlumatlı istifadəçilər" mövzusunda keçirilən panel sessiyasında çıxışı zamanı bildirib.
O bildirib ki, hər bir vətəndaş şəxsi məlumatlarını tanımadığı şəxslərə verməməlidir:
"Media sayəsində təbliğatı artırırıq. Lakin problem günbəgün artmaqdadır. Aldatma üsulu ilə bağlı oğurluqların sxemi dəyişir. Burada əsas vətəndaşın maariflənmə işidir. Vətəndaşlarımız sosial şəbəkələrdə paylaşım məsələsində çox ehtiyatsızdırlar. Gələcəkdə narahatedici halın baş verməməsi üçün insanlar ehtiyatlı olmalıdırlar. İnformasiya təhlükəsizliyi görünməyən silahdır. Bu, eyni zamanda şirkətlərə, banklarla əlaqəli müəssisələrə də aiddir".
E.Hacıyevin sözlərinə görə, vətəndaşın pulunun talanmasında bankın məsuliyyəti yoxdur.
"Bu, vətəndaşın şəxsi məlumatları ötürməsi ilə bağlıdır".
DİN rəsmisi son dönəmlər süni intellekt vasitəsilə həyata keçirilən zənglərdən, dələduzluq hallarından da danışıb.
"İnformasiya təhlükəsizliyi hər gün dəyişir və yenilənir. Müşahidə edirik ki, xaricdə tendensiyalar dəyişir. Bu, hamımız üçün aktualdır. Diqqətli olmaq lazımdır. Şəxsi məlumatlar olan smartfonlar azyaşlılara verilməməlidir. Çünki müəyyən oyunlar vasitəsilə vəsaitlər oğurlanır".
E.Hacıyev qeyd edib ki, Azərbaycanda mövcud vəziyyət yaxşıya doğru dəyişəcək:
4Mənbələr
-
news24.azElşad Hacıyevdən vətəndaşlara XƏBƏRDARLIQ ( 16926011)
-
demokrat.azElşad Hacıyevdən kiber cinayətlərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ ( 16926854)
-
bizim.mediaElşad Hacıyevdən kiber cinayətlərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ ( 16924271)
-
bizim.mediaElşad Hacıyevdən kiber cinayətlərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ ( 16924217)