BAKI, 2 may. TELEQRAF
"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2 ay öncə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində yaşayış kompleksinin tikinti layihəsi üzrə elan edilmiş tenderi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ləğv edilib.
Teleqraf xəbər verir ki, ləğv, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin AİBNDA/SQ-2346/2025 nömrəli qərarına əsasən aparılıb.
Xatırladaq ki, tender martın 3-də elan edilmişdi və ilkin dəyəri 619.513,52 AZN təşkil edib.