Təlim-Məşq Mərkəzinin məşq meydançasının ot örtüyü dəyişdirilib.
AFFA tərəfindən Mərdəkanda yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində məşq meydanının süni ot örtüyünün yenilənməsi işləri başa çatıb.
Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir.