AZ

Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında İnformasiya KommunikasiyaTexnologiyaları Agentliyi (İKTA) tərəfindən 42hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən11 626 ədəd müxtəlif markalı və modelliavadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərəbaxılıb.

Qanunauyğun olaraq həmin müraciətlər üzrə 8 085ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədinin verilməsitəmin olunub.

Eyni zamanda 6 müraciət üzrə 3504 ədəd avadanlıq üçün edilən müraciətlərdə təqdim edilənsənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidənmüraciət üçün metodiki yardım edilib.

Bununla yanaşı, 36 ədəd avadanlıq üzrə icazətələb olunmaması barədə müraciətçilər məlumatlandırılıb. Həmçinin1 ədəd avadanlıq üçün edilən müraciət qanunauyğunolaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.

Qeyd olunan dövrdə hüquqi və fiziki şəxslər tərəfindən454 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusiicazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğviüçün 58 müraciət edilib. 353 ədədavadanlıq üçün edilən 43 müraciətə müsbət cavabverilib. 12 müraciət üzrə 84 ədədavadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdimedilmədiyi üçün düzəliş olunaraq yenidən müraciət olunması barədəmetodiki yardım edilib.

Bununla yanaşı, 8 ədəd avadanlıq üçün xüsusiicazə verilməsi ilə bağlı edilən 3 müraciətqanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir. Həmçininverilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə9 avadanlığın xüsusi icazəsinin ləğv olunmasıtəmin edilib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən“Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti(https://e-permission.icta.az)istifadəyə verilib. Elektron xidmətin tətbiqi müraciətlərin dahasürətli və effektiv cavablandırılmasını mümkün edib.

Həmçinin 2025-ci ilin yanvar-mart ayları ərzində “Lisenziyalarvə icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cümaddəsinə uyğun olaraq sürətli poçt xidmətinin göstərilməsi üçün75 müraciət üzrə lisenziyanın alınması üçün təqdimedilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlarınuyğunluğunun qiymətləndirilməsi təmin olunub.

Nəticədə 72 ünvanda sürətli poçt xidmətiningöstərilməsi üçün müraciətlərə müsbət cavab verilib. Digər3 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsindətənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik vənizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.

Seçilən
0
9
az.trend.az

10Mənbələr