“Betis”in baş məşqçisi Manuel Pelleqrini Avropa Konfrans Liqasının yarımfinalında “Fiorentina”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az məlumat verir ki, “heliopolitlər” 2:1 hesablı qələbəyə seviniblər.
Pelleqrini qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Əla oyundur. Biz iki top fərqi ilə üstünlük qazandıq, sonra daha iki yaxşı fürsət yaratdıq və üçüncü qolu da vura bilərdik. Biz rəqibə nəsə yaratmağa çox az imkan verdik, amma onlar buna rəğmən, öz fürsətlərini qazandılar və bunu istifadə etdilər. Biz Florensiyada öz üstünlüyümüzü qoruyub-saxlamaq niyyətində deyilik. Orada da qələbəyə oynayacağıq.
Birinci hissədə rəqibin cəmi bircə təhlükəli zərbəsi – baş zərbəsi vardı. İkinci hissədə onlar bizim müdafiəçilərimizin kürəkləri arxasına qaçaraq qol vurdular. Biz isə iki dəfə fərqlənmişdik. Bizim daha çox fürsətimiz vardı. Tapşırığımız qələbə qazanmaq idi, bunu da etdik.
Stadionumuzdakı ab-hava sözlə ifadə edilməyə sığımaz. Bu, nadir hallarda fərqli olur. Azarkeşlərimiz bizim, yarımfinalda iştirakımıza şaddırlar”, – çilili mütəxəssis oyuna həsr edilmiş mətbuat toplantısında bildirib.
Cavab oyunu çərçivəsində “Betis” mayın 8-də Florensiyanın “Artemio Franki” stadionunda “Fiorentina”nın “qonağı” olacaq.