AZ

Media qurumlarına kiberhücumda ölkə ərazisində olan əcnəbilər də iştirak ediblər – Komissiya sədri

Bakı. Trend:

İlkin təhlillər göstərir ki, kiberhücum zamanı “Global MediaGroup”un daxili infrastrukturu zərərverici proqram təminatları iləyoluxdurulub, mərkəzi idarəetmə sistemi tam olaraq ələkeçirilib.

Trend xəbərverir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibridtəhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid NamazovKomissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar”mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hücum nəticəsində sistem inzibatçısınaməxsus kompüter ələ keçirilib, bütün internet resurslarının ehtiyatnüsxələrinin saxlanıldığı serverə giriş edilib, bundan sonra isəhücumu həyata keçirənlər digər media resurslarına müdaxiləediblər.

“Nəticədə veb-server məlumatları və ehtiyat nüsxələr silinmiş,media resursları məhv edilmiş, infrastruktura girişməhdudlaşdırılıb. Təbii ki, hücuma məruz qalan media resurslarınınkibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlartərəfindən dərhal müvafiq addımlar atılıb. Maraqlıdır ki, sonrakımüddət ərzində də, yəni aidiyyəti dəstək veriləndən sonra da bərpaedilən internet informasiya ehtiyatlarına kiberhücum cəhdlərinindavam etdiyi müşahidə edilmiş, lakin qarşısı alınıb.

Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları vədomenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilib.Hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi, kiberhücumdaiştirak edən bəzi şəxslərin ölkəmizin ərazisində olduqları, həttahansı hoteldə olduqları müəyyən edilib. Söhbət əcnəbilərdən gedir.Bu isə məsələnin sıravi bir kiberhücum halı olmadığınıngöstəricisidir”, - deyə R.Namazov qeyd edib.

Məqalədə:
Seçilən
0
6
az.trend.az

10Mənbələr