AZ

Mərkəzi Bank: BOKT-lərin institusional inkişafı məhdud səviyyədədir

BOKT-lərin institusional inkişafı məhdud səviyyədədir.

FED.az bu barədə AMB-nin “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədinə istinadən xəbər verir.

FED.az xəbər verir ki, əsas zəifliklər daxili nəzarət mexanizmlərində (risklərin idarəedilməsi, daxili nəzarət, komplayens, daxili audit) zəifliklər, o cümlədən Müşahidə Şurası, Audit Komitəsi üzvlərinin təşkilatın idarəedilməsində aktiv iştirak etməməsi ilə bağlıdır. 10 Son dövrlərdə BOKT-lərin tənzimləmə çərçivəsində əhəmiyyətli addımlar atılıb.

Belə ki, AMB-nin İdarə Heyətinin 15.11.2024-cü il tarixli Qərarı ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib və 24.11.2024-cü il tarixində qüvvəyə minib. Bununla belə, bu istiqamətdə işlərin davam etdirilməsi zəruri hesab olunur

Seçilən
0
fed.az

1Mənbələr