Babək rayon İcra Hakimiyyəti 2025-ci ildə kommunal təyinatlı texnikaların satın alınmasını həyata keçirəcək.
Həmin məlumatlarda bildirilir ki, Babək İcra Hakimiyyəti 6 ədəd müxtəlif təyinatlı maşın alacaq. Onlardan 3-ü tullantı daşıyan, 2 ədədi 20 tonluq su maşını, 1 ədədi isə ekskavator-yükləyici olacaq.
Bununla əlaqədar İcra Hakimiyyəti “PROLİNK CASPİAN” MMC ilə razılaşma əldə edib. 6 ədəd maşını almaq üçün isə şirkətə 529 min 634 manat ödəniləcək.