AZ

SEPAH terror təşkilatı elan edilməlidir - Hesabat

SEPAH Britaniyanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir və terror təşkilatı kimi tanınmalıdır.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın Henri Cekson İnstitutunun hesabatında bildirilib.
İnstitut SEPAH-ı təkcə ölkədə ekstremizmi təbliğ etməkdə deyil, həm də cinayətkar dəstələrlə əməkdaşlıq edərək Britaniya torpaqlarında öz müxaliflərinə qarşı casusluqda ittiham edib.

İnstitut SEPAH-ın xüsusən son illər Britaniyada həyata keçirmək istədiyi sui-qəsdlər və casusuq əməllərinə toxunaraq Londonun "Terrorizmlə mübarizə qanunu"na yenidən baxılmasının vacibliyini qeyd edib:

"SEPAH-a qarşı sanksiyaların tətbiqinə baxmayaraq, bu sanksiyalar çox vaxt tam və effektiv şəkildə həyata keçirilmir".
Seçilən
0
2
sherg.az

3Mənbələr