"90-cı ildən bəri bizdə yol-nəqliyyat hadisələrinin, ölüm və xəsarət alma hallarının sayı azalma tempi üzrə gedir".
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.
O bildirib ki, əvvəllər qayda pozuntusu törədənlərə gənclər arasında rəğbət var idi:
“Media bu məsələnin aradan qalxması üçün bizə böyük dəstək göstərdi. Bu gün Azərbaycan qonşu ölkələr arasında yol nəqliyyat hadisəsinin, ölüm və xəsarət hallarının ən az olduğu ölkədir, türk dövlətləri arasında 2-cidir, MDB məkanında ikincidir. Hər il də Azərbaycanda nəqliyyat vasitələrinin sayı artır”.
Telegram kanalımız