“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının yarımfinalının “Bodo Qlimt”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az məlumat verir ki, “mahmızlar” doğma meydanda baş tutmuş bu oyunda 3:1 hesablı qələbəyə seviniblər.
Postekoqlu qarşılaşmadan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Oyun planı baxımından mən öz oğlanlarımdan bundan artığını istəyə bilməzdim. Biz meydanda üstünlük saxlayırdıq və müdafiədə yaxşı təşkilatçılıq nümayiş etdirirdik. “Bodo Qlimt” ixtiyari anda cəsarətlə irəli atıla bilər, amma biz bunu etməyə onlara imkan vermədik. Özümüz isə daima irəli getməyə davam etdik.
Düşünmürəm ki, bu hesab bizim oyun üstünlüyümüzü tam mənada əks etdirir. Amma birinci oyunun nəticəsinə görə yaxşı üstünlüyə malik olmaq istəyirsən, bu da bizdə var”, – UEFA-nın rəsmi saytı yunanəsilli avstraliyalı mütəxəssisdən sitat gətirir.
Mayın 8-də “Tottenhem” səfərdə “Bodo Qlimt”lə cavab oyununa çıxacaq.