"Rüfət çox cəsarətli insandır. Məclislərdən birində mənə görə elə dava etdi ki. Onu belə bilməzdim. Sonra məni də arxa qapıdan çıxartdılar".
Yenisabah.az Baku.ws-ə istinadla xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə deyib.
O, həmkarı Rüfət Axundovun məclisdə ona görə mübahisə etməsinin təfərrüatını danışıb:
"Ev sahiblərindən biri gedib-gəlib bir mahnı oxumağımı istəyirdi. Birdən səsini yüksəltdi. Rüfət dedi ki, belə olmaz, xanım müğənnidir. Biz kənarda söhbət edə bilərik. O problemi gözəl formada həll etdi. Mən də gördüm ki. hər şey qaydasındadır".
Telegram kanalımız