AZ

Tramp I və II Dünya müharibələrində Qələbə Günü təsis etdi - FOTO

ABŞ Prezidenti Donald Tramp 11 noyabr və 8 may tarixlərini müvafiq olaraq I və II Dünya müharibəsində Qələbə Günü elan edib.

Korrespondent.az bildirir ki, bu barədə o, “Truth Social”dakı hesabında yazıb.

"Bir çox müttəfiqlərimiz 8 mayı Qələbə Günü kimi qeyd edirlər, lakin məhz biz qələbə üçün hər hansı digər ölkədən daha çox şey etmişik", - deyə Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ həm Birinci, həm də İkinci Dünya müharibələrini qazanıb.

"Cəsarət, güc və hərbi ustalıq baxımından amerikalılara heç kim yaxın olmayıb", - deyə o vurğulayıb.

Seçilən
0
1
korrespondent.az

2Mənbələr