ABŞ prezidenti Donald Tramp noyabrın 11-i və mayın 8-ni Birinci və İkinci dünya müharibəsində qələbə günü elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.
“Bizim bir çox müttəfiq və dostlarımız mayın 8-ini Qələbə Günü kimi qeyd edirlər, lakin biz İkinci dünya müharibəsində qələbənin qazanılması üçün istənilən digər ölkələrdən daha çox şey etmişik.
Mən 8 mayın adını İkinci dünya müharibəsində qələbə günü, 11 noyabrın isə I dünya müharibəsində qələbə günü kimi dəyişdirirəm”, - deyə o bildirib.
Bizim.Media