AZ

Nurlan Həsənovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın” » AzadMedia.az


Başlarını kola soxub, quyruqlarını gizlədə bilməyənlərin çılızlığı

Medianın cəmiyyətdəki əsas rolunda biri də ən neqativ hadisələri belə kimsənin şərəf və layəqətinə, insanın işgüzar nüfuzuna xələl gətirmədən peşə və etik davranış qayadalarına uyğun olaraq ictimaiyyətə çatdırmaqdır. Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, biz hələ də peşəkarlıqdan, etik davranış qaydalarından uzaq müəyyən qaranlıq maraqlara xidmət edən hallaırn şahidi olmaqdayıq. Belə insanlar mediaya verilən azadlıqdan sui-istifadə edərək nəinki media qanunvericiliyini, eyni zamanda digər qanunları kobud şəkildə pozaraq, insanların şərəf və ləyaqətini alçaldıb onların işgüzar imicinə bilərəkdən xələl gətirməklə hüquqi məsuliyyət yaradan hərəkətlərə yol verirlər. Şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir hallarına yol verilməsi, həmçinin milli, mənəvi dəyərlərə hörmət edilməməsi hallarına daha çox internet media resurslaırnda tez-tez rast gəlinir. Düzdür, etik normaları pozan saytların rəhbərlərinə aidiyyəti qurumlar tərəfindən müvafiq xəbərdarlıqlar edilsə də, onlar öz fəaliyyətlərini davam etdirirlər və hətta əməllərində cinayət xarakteri olan hallara yol verirlər. Bunun nəticəsidir ki, ictimaiyyətə özlərini jurnalist, redaktor kimi təqdim edən şəxslərin barələrində son vaxtlar cinayət işlərinin açılması halları artıb.

Bəzi mediaresursları vaxtı ilə Nərimanov rayon icra hakimiyyətində, hazırda isə Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi Nurlan Həsənovu hədəf seçərək illər öncəsi heç bir həqiqəti əks etdirməyən vidoçəkilişdən istifadə etməklə ona şər-böhtan atmaqla məşğuldurlar. Hansı ki, həmin media resursunun əməkdaşları öz çirkin niyyətlərinə nail olmaq Nurlan Həsənovu hədəf seçməklə “fantaziyalarını” işə salaraq “yaradıcılıq qabliyyətlərini” ortaya qoymaqla videonu başdan-ayağa təhrif ediblər. guya Nurlan Həsənov adı bilinməyən kimsədən nəsə umur… Amma videodan da ayın olur ki, orada tamamilə fərqli bir mövzudan söhbət gedir.

Amma bu şəxslərin hərəkəti “xoruz başın kola salar, quyruğundan xəbəri olmaz”, yaxud da “Keçəl baxar güzgüyə adın qoyar özgəyə” misalını xatırladır. Çünki bu insanlar öz çirkin əməlləri naminə elə “yaradıcılı qabliyyətinə” əl atırlar ki, kənardan hamı bunun necə qurama, yalan olduğunu açıq-aydın görür. Əslində onlar özləri ciddi qanunsuzluğa yol verib hüquqi məsuliyyət daşıyan hərəkətə yol verirlər. Belə ucuz və cılız hərəkətlərə əl atmaqla bu şəxslər nəticədə özlərini ifşa etməklə yanaşı, həm də zamanda mediamıza bir qara ləkədirlər.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr