AZ

“İctimai proseslər media müstəvisində” mövzusunda II forum keçirilir

Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II forum keçirilir.

“Poliqon” xəbər verir ki, bu forum medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil olunur.

Forum açılış mərasimindən sonra “Konstitusiya və Suverenlik İlində media gündəmi”, “Nəqliyyat infrastrukurunda davamlı həllər media müstəvisində” və “Təhlükəsizlik rəqəmsal media mühiti: məlumatlı istifafəçilər” adlı panel sessiyalarla davam etdiriləcək.

Seçilən
0
25
poliqon.az

10Mənbələr