AZ

Azərbaycan ilə Küveyt arasında mədəni əməkdaşlıq üzrə icra proqramı imzalandı

Aprelin 30-da Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

İclasda xarici işlər naziri Ceyhun Bayramovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Tədbirdə Mədəniyyət Nazirliyini nazir müavini Fərid Cəfərov təmsil edib. O, iclasda çıxışı zamanı Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mədəni sahədə mövcud əməkdaşlıq əlaqələri, bu istiqamətdə görülmüş işlər və gələcək perspektivlərdən söz açıb.

Seçilən
0
5
publika.az

8Mənbələr