Bakıda küçədən meyit tapılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə dünən gecə saat 21:00-da Nəsimi rayonu Mirəli Qaşqay küçəsində qeydə alınıb. Küçədəki 14 saylı binanın qarşısında 55-60 yaşlı kişi meyiti tapılıb.
Ölən şəxsin kimliyi hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.