AZ

“AzInTelecom” “G-Core” şirkəti ilə birgə “AzInCloud” platformasını təqdim etdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC Avropanın ən böyüktexnologiya şirkətlərindən olan “G-Core” şirkəti ilə birgə yeni“AzInCloud” platformasını təqdim edib.

Ötən gün Bakıda keçirilən tədbirlə “AzInTelecom” iləLüksemburqun “G-Core” şirkəti arasında tərəfdaşlıq rəsmən elanedilib. Tədbirdə hər iki şirkətin rəhbər heyəti, texnologiyasahəsindəki şirkətlərin təmsilçiləri və digər qonaqlar iştirakediblər.

İştirakçıların diqqətinə çatdırılıb ki, “G-Core” şirkəti ilətərəfdaşlıq çərçivəsində “AzInTelecom”a məxsus “AzInCloud”platformasında müasir alətlərlə təchiz olunmuş geniş “bulud”xidmətləri təqdim olunur. Müasir “bulud” texnologiyalarındanfaydalanmaq istəyən fərdi və korporativ müştərilər www.azincloud.azveb-saytı vasitəsilə bu xidmətlərə anında çıxış əldə edə bilirlər.Hazırda aktiv şəkildə fəaliyyət göstərən platformada istifadəçilərərahat idarəetmə, geniş əməliyyat sistemi seçimləri, “bulud” market,monitorinq xidməti və digər üstünlüklər təqdim olunur.

Tədbirdə məlumat verilib ki, “AzInCloud” ictimai “bulud” xidmətiolaraq “istifadə etdiyin qədər ödə” modeli əsasında fəaliyyətgöstərir. Portal hər kəs – hüquqi şəxslər, kiçik və orta bizneslər,fərdi sahibkarlar və fiziki şəxslər üçün əlçatandır. Xidmətdənyararlanmaq üçün istifadəçilər www.azincloud.az saytındaqeydiyyatdan keçərək bank kartı ilə ödəniş edib xidmətlərdənyerindəcə yararlana bilərlər.

Qeyd edək ki, “G-Core” qlobal səviyyədə “bulud”, hostinq vəkibertəhlükəsizlik həlləri təqdim edən beynəlxalq texnologiyaşirkətidir. 2011-ci ildə yaradılan “G-Core”, Avropa, ŞimaliAmerika, Asiya və MDB ölkələrində geniş infrastruktura malikdir.Şirkətin əsas auditoriyası maliyyə sektoru, dövlət və korporativmüştərilərdir.

Əlavə məlumat üçün:
157

www.azincloud.az

“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
“AzInTelecom”
Seçilən
0
11
az.trend.az

10Mənbələr