Sumqayıt Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Mahmud İsrafilovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Moderator.az oxu.az-a istiandən xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
İttihama görə, hadisə 2 oktyabr 2023-cü il tarixdə, saat 19:20-də baş verib. M.İsrafilov Xaçmaz rayonu, Nabran kəndi ərazisində, "Maralgöl" istirahət mərkəzindən 500 metr aralıda yerləşən Nadejda Polkovnilcovanın yaşadığı evin həyətinə qanunsuz daxil olaraq maskalanıb, ev sahibəsinə hücum edib. O, əlindəki dəmir parçası ilə zərərçəkmişə zor tətbiq edib evdəki pul və qızıl əşyalarının yerini soruşub. Qadın pulunu və qızıl-zinət əşyalarını saxladığı yeri ona göstərib. Təqsirləndirilən şəxs yataq otağından ümumi dəyəri 65 135 manat məbləğində qızıl-zinət əşyalarını və qadına məxsus telefonu götürərək hadisə yerindən qaçıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs bundan əvvəl - 2011-ci ildə 11 il 6 ay həbs həyatı yaşayıb.