AZ

Dağıstanda zəlzələ baş verib

Dağıstanın Qızılyurd rayonunda 4.3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat verib.

Bildirilir ki, təkanların ocağı İnçxa kəndi yaxınlığında 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar yoxdur.
 
 

Seçilən
0
1
7news.az

2Mənbələr