AZ

“Sumqayıt” futbolçusu ilə müqaviləni yenilədi

BAKI, 2 may. TELEQRAF

"Sumqayıt" klubu 2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirir.

Teleqraf xəbər verir ki, “gənclik şəhəri” komandası futbolçusu İsa Sulimanla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.

Qeyd edək ki, 2023/24 mövsümündən “Sumqayıt”da çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurmağa nail olub.

Seçilən
0
2
teleqraf.com

6Mənbələr