AZ

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlərkeçirildi

Sərfəli təklifləri və regionlara diqqəti ilə seçilən Nar Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin(ATU) tələbələri üçün təlimlər təşkil edib. Bu təşəbbüs tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onların iş bazarına hazırlığını artırmaq məqsədini daşıyır.

Təlimlərdə mobil rabitənin əsasları ilə bərabər əməkbazarında təcrübə qazanmaq, eləcə də, uğurlu karyera hədəflərinin seçilməsi istiqamətində faydalı biliklər təqdim edildi.

Bundan başqa, universitetin nəzdindəki Nar Laboratoriyasının avadanlıqlarının təqdimatı və işləmə prinsipləri ilə tanışlıq məqsədiləuniversitetin müəllim heyətinə xüsusi təlim keçirildi. Bu təlim sayəsində tələbələr mobil rabitə şəbəkəsini təhsil aldıqları müddətdə öz müəllimlərindən öyrənə biləcəkvə təhsillərini təcrübəli kadr kimi başa vuracaqlar.

Təlimlər “Narın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və  Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi universitetin tələbələrini əsl peşəkar kimi yetişdirərək Azərbaycanın əmək bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. 

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

Seçilən
0
30
veteninfo.az

10Mənbələr