Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda ikinci forumun açılış mərasimi zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan "İctimai proseslər media müstəvisində" platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır:
"Ötən il təşkil etdiyimiz forum media gündəminin formalaşdırılması, xüsusən də ictimai maraq doğuran mövzuların daha peşəkar şəkildə işıqlandırılması istiqamətində mühüm nailiyyət kimi həm dövlət orqanları, həm də media ictimaiyyəti tərəfindən təqdir olundu".
O diqqətə çatdırıb ki, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilib:
"Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri sırasındadır. Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi müstəvilərdə köklü dəyişikliklərini özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəddir.
Otuz il bundan öncə ümumxalq səsverməsi ilə qəbul edilmiş Əsas Qanunumuz istər dövlətçiliyimizin möhkəmləndirilməsi, istərsə də onun gələcək dayanıqlı inkişafı baxımından çox mühüm hadisə kimi dəyərləndirilir. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhdidlərindən xilas edərək hüquqi, demokratik dövlət quruculuğu prosesində mühüm nailiyyətlərə imza atıb. Onun ciddi səyləri və rəhbərliyi ilə ərsəyə gəlmiş Konstitusiyamız Azərbaycan dövlətinin bütün uğurlarının, tarixi zəfərlərinin hüquqi bünövrəsi qismində çıxış edir.
8Mənbələr
-
mia.az"Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platformadır" - Əhməd İsmayılov + FOTOLAR (YENİLƏNİB) ( 16928249)
-
mia.az"Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platformadır" - Əhməd İsmayılov + FOTOLAR (YENİLƏNİB) ( 16917368)
-
mia.az"Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platformadır" - Əhməd İsmayılov + FOTOLAR ( 16916444)
-
mia.az"Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəli platformadır" - Əhməd İsmayılov + FOTOLAR ( 16916339)
-
demokrat.az"Təşkil etdiyimiz forum dövlət-media dialoqunu formalaşdıran platformadır" ( 16912385)
-
ikisahil.azKonstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mütərəqqi sənəddir ( 16912166)
-
news365.azXalqımız bu tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edir ( 16912058)
-
bakivaxti.azXalqımız bu tarixi Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd edir ( 16911296)