Bu ilin yanvar-mart aylarında Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 6,4 dəfə artaraq 50,2 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Serbiyaya ixrac: 46,5 milyon dollar (+10 dəfə)
Serbiyadan Azərbaycana idxal: 3,7 milyon dollar (+15,6 faiz)
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Serbiya ilə ticarətin payı 0,4 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi