AZ

Avropanın havasını zəhərləyən 10 aviaşirkət: AZAL da var?

Avropada hava səyahətindən emissiyalar son bir ildə kəskin şəkildə artaraq demək olar ki, COVID-dən əvvəlki səviyyələrə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir ki, bu sahədə aparılan araşdırma çirklənmənin düzgün qiymətləndirilməsi üçü həyata keçirilib.

Məlumata görə, 2024-cü ildə Avropa hava limanlarından 8,4 milyon uçuş həyata keçirilib və nəticədə 187,6 milyon ton CO₂ (karbon dioksid) emissiyası meydana gəlib. Bu, 2019-cu ildə uçuşların ümumi sayının 96%-ni və tullantıların 98%-ni təşkil edir.

Keçən il Avropada bütün aviasiya emissiyalarının 40%-ni yalnız on hava yolu şirkəti təşkil edib, əsas çirkləndiricilər "Ryanair" (16,2 milyon ton CO2), "Lufthansa" (10 milyon ton CO2) və "British Airways" (8,9 milyon ton CO2) olub. Bu rəqəmlər 2023-cü ildə emissiyaların müvafiq olaraq 9%, 6% və 3% artımını əks etdirir. Siyahıda növbəti yerdə 8,2 milyon ton CO2 buraxan "Air France" gəlir, baxmayaraq ki, bu, əvvəlki illə müqayisədə faktiki olaraq 1% azdır. İlk "10-luğ"u "EasyJet", "Emirates", "KLM", "Wizz Air", 10%-lə illik ən yüksək emissiya dərəcəsinə malik "Iberia" və "United Airlines" tamamlayır.

Seçilən
0
1
publika.az

3Mənbələr