AZ

Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgətəşkilatçılığı ilə metronun “28 May” və “Nizami” stansiyalarındataktiki-xüsusi təlim keçirilib.

Trendxəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verəbiləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyatakeçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May”və “Nizami” stansiyaları arasında 2-ci yol mənzilində “yanğın” başverməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin DövlətYanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və BakıRegional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlbolunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindənəvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqlarınyandırılması, keçid qapılarının açılması və “yanğına ilkinmüdaxilə” işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizəvasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat vəəməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısamüddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiqedilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardımgöstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN vəMetropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcəkfövqəladə halların qarşısının alınması, bu zaman xilasetməişlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsivə təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsiaparılıb.

Təlimə FHN-in ümumilikdə 10 ədəd texnikası və 63 nəfərdən ibarətşəxsi heyəti cəlb olunub.

Fövqəladə
Fövqəladə
Fövqəladə
Fövqəladə
Fövqəladə
Fövqəladə
Məqalədə:
Seçilən
0
12
az.trend.az

6Mənbələr