AZ

Qubada 5 otaqlı ev yandı

Qubada 5 otaqlı ev yanıb.

 

Bu barədə Sfera.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik sahəsi 30 m² olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
0
12
sfera.az

10Mənbələr