AZ

Aqroparkların inkişafı innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir - Muxtar Babayev

Bakı. Trend:

Aqroparkların inkişafı innovativ və bioloji üsulların tətbiqiilə dəstəklənməlidir.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin iqlimməsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu gün Bakıda keçirilənAqrobiznesin İnkişafı Forumunda deyib.

"Ümumdünya Meteorologiya Təşkilatı (WMO) və FAO-nun məlumatınagörə, son 30 ildə baş verən fəlakətlər kənd təsərrüfatında təxminən3,8 ABŞ trilyon dolları, yəni hər il orta hesabla 123 milyard ABŞdolları və ya illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5%-i qədərzərərə səbəb olub", - o əlavə edib.

O bildirib ki, iqlim dəyişikliyi şəraitində kənd təsərrüfatınındayanıqlı inkişafı üçün tədqiqat və yeni texnologiyaların tətbiqiböyük əhəmiyyət daşıyır:

"Fermerlər üçün qənaətli əkinçilik və innovativ suvarma üsullarısuya və vaxta ciddi qənaət etməyə imkan verir.
İqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərdiyikimi, kənd təsərrüfatı fəaliyyəti də iqlim dəyişikliklərinə səbəbolan amillərdən biridir. Hazırda qlobal səviyyədə yaranan istixanaqazlarının təxminən 20%-i məhz bu sahə ilə əlaqədardır.

Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinəuyğunlaşdırmaq üçün əsas addımlar su və torpaq resurslarınınsəmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi,su itkilərinin azaldılması və torpaq münbitliyinin qorunması iləbağlıdır. Eyni zamanda, məhsuldarlığı artırmaq üçün quraqlığa,şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi vəmüasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyətdaşıyır".

"Eyni zamanda, aqroparkların inkişafı ekoloji və iqtisadicəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə vəpestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqiilə dəstəklənməlidir.

Bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir. Buəməkdaşlıq çərçivəsində yeni texnologiyalar və rəqəmsal həllərtətbiq olunmalı və məhsuldarlıq artırılmalıdır.

İqlim dəyişiklikləri ilə mübarizə geniş, əlaqələndirilmiş vəuzunmüddətli tədbirlər tələb edir. Kənd təsərrüfatında bu təsirləriazaltmaq üçün fermerləri məlumatlandırmaq və onların istehsalvərdişlərini iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir", - deyə M.Babayev vurğulayıb.

"Ötən il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə, xüsusiləətraf mühitin mühafizəsi və iqlim dəyişikliklərinin qarşısınınalınması sahəsində görülən işlərə yönəlmişdi. Qlobal iqlimmüzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması isəgöstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurluəməkdaşlığın bariz nümunəsidir.

COP29-a ev sahibliyi etməklə ölkəmiz enerji, şəhərsalma,maliyyə, kənd təsərrüfatı, insan kapitalının inkişafı və digərsahələri əhatə edən qlobal təşəbbüslərə start verib. Bu təşəbbüsləriqlim dəyişikliklərinə qarşı inklüziv yanaşmaları özündəbirləşdirir.

COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgətəşəbbüsü ilə təqdim olunan “Fermerlər üçün Bakı Harmoniya İqlimTəşəbbüsü” qadın və gənc fermerlərin imkanlarının artırılması,iqlimə davamlı kənd icmalarının qurulması və bilik mübadiləsiningücləndirilməsi üçün yaradılmışdır. Bu təşəbbüs 90-dan çox qlobalvə regional proqramı bir araya gətirərək kənd yerlərində dayanıqlıinkişafı dəstəkləyir və investisiyaların bu sahəyə yönəldilməsinəköməklik edir", - M. Babayev əlavə edib.

O, bu təşəbbüsün hazırlanması və icrasında liderlik edən KəndTəsərrüfatı Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib:

"Nazirlik ölkə daxilində olduğu kimi, beynəlxalq müstəvidə dəkənd təsərrüfatının inkişafı və iqlimə uyğunlaşma sahəsində mühümnailiyyətlərə imza atmaqdadır.

Konfrans çərçivəsində iqlim maliyyəsinin artırılmasıistiqamətində Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG)razılaşdırılmışdır. COP29 zamanı təqdim edilən Bakı Maliyyə Hədəfiəvvəlki 100 milyard ABŞ dollarlıq illik öhdəliyi üçqat artıraraq300 milyard ABŞ dollarlıq yeni illik hədəf müəyyən etmiş və 2035-ciilə qədər bu məbləğin 1.3 trilyon ABŞ dollara çatdırılması məqsədiirəli sürülüb.

Bu maliyyənin iqlimə dayanıqlığın artırılması məqsədilə inkişafetməkdə olan ölkələrə, xüsusilə ən az inkişaf etmiş ölkələrə (LDCs)və kiçik ada inkişaf etməkdə olan dövlətlərə (SIDS) əlçatanlığınıntəmin edilməsi əsas prioritet kimi müəyyən olunub.

COP29 nəticəsində yeni maliyyə mexanizmi kimi Zərər və İtkiFondu fəaliyyətə başlamışdır. Bu fond, iqlim dəyişikliklərindən ənçox zərər görən həssas bölgələr və fermer icmaları üçün xüsusidəstək imkanları yaradır".

"Bununla yanaşı, COP29 zamanı karbon bazarları ilə bağlı illərlədavam edən danışıqların başa çatmış, Paris Sazişinin 6-cı maddəsiüzrə bazar və qeyri-bazar əməkdaşlığını tənzimləyən qaydalar qəbuledilmişdir. Bu, karbon bazarları vasitəsilə ildə 1 trilyon ABŞdolları vəsaitin səfərbər olunmasına və ölkələrin iqlim planlarınınicrasına çəkilən xərclərin 250 milyard ABŞ dollarınadək azalmasınaimkan verəcək. Kənd təsərrüfatında da emissiyaların azaldılması,torpaq və su ehtiyatlarının qorunması məqsədi ilə bu mexanizmlərdənistifadə edilə bilər.

Hazırda ölkəmizdə karbon bazarlarında iştirakını genişləndirməküçün müvafiq hüquqi və institusional çərçivənin yaradılmasıistiqamətində işlər görülür. Bu, kənd təsərrüfatında aşağı karbonlutexnologiyaların tətbiqi və yaşıl investisiyaların cəlb olunmasıüçün yeni imkanlar yaradacaqdır", - deyə M. Babayev qeyd edib.

Seçilən
0
2
az.trend.az

3Mənbələr