AZ

Qarabağdakı keçmiş erməni liderlər fəallaşırlar- ÖZƏL

Yayılan məlumatlara görə Robert Koçaryan Ermənistanda N. Paşinyanı devirmək üçün Rusiya ilə aktiv əlaqələrə keçib. Dünən isə, V.Balasanyan Kremlə 9 may ərəfəsində  müraciət edərək ermənilərin rusların tarixində əhəmiyyətli rol oynadığını və Qarabağ ermənilərinin qayıdışına kömək istəyib. Balasanyan, məktubunda Qarabağ ermənilərinin hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məsələlərini gündəmə gətirib. "Olaylar"ın əlumatına görə, politoloq Zaur Məmmədov bildirib ki, vaxtilə Qarabağdakı həmkarlarını yolda qoyaraq İrəvana qaçan Balasanyan bu müraciəti ilə nə qədər alçaq və şərəfsiz olduğunu bir daha göstərib. O, Şahramanyan kimi, özünü təhlükəsiz hiss edən kimi ambisiyalarını bir daha üzə çıxartmağa başlayıb. Yeri gəlmişkən, Rusiyada yaxşı bilməlidirlər ki, ermənilərin onlara tarixən heç bir köməkliyi dəyməyib, əksinə haylar əldə etdiklərinin əksəriyyətində onlara borclu olmalıdırlar. Beləcə. Balasanyan manipulyasiya ilə məşquldur: 

"Əlqərəz. Koçaryan və Balasanyanın fəallaşması, Ermənistanın daxili siyasətinin yaxın 2 ildə  gərgin keçəcəyinə dəlalət edir. Tezliklə seçkilərin yaxınlaşdığını nəzərə alsaq Rusiyanın vurğu edəcəyi siyasətçinin kim olacağı Ermənistan daxilində intriqanı artırır. Ermənistan daxilində Paşinyana dəstək daha çox olsa da, sirr deyil ki, xarici qüvvə amili zəif dövlətçiliyi olan cəmiyyətlərdə vacib faktorlardandır. Erməni cəmiyyəti, Koçaryan və Sarkisyanın hakimiyyət dövründəki mənfi təcrübələrini unutmamışdır və bu fiqurlara qarşı etimadsızlıq mövcuddur. Lakin, Qarabağ ermənilərinin əksəriyyəti ilə bağlı sorğular aparılmamışdır. 

Robert Koçaryan, 2025-ci ildə Ermənistanın sabiq prezidenti olaraq, ölkənin daxili siyasətində aktivliyini artırmışdır. Onun fəallaşması, xüsusilə Nikol Paşinyanın rəhbərliyi ilə əlaqədar müxalifət mövqeyinin gücləndirilməsi məqsədini güdür. Koçaryan, Paşinyanın rəhbərliyini tənqid edərək, ölkənin təhlükəsizlik və iqtisadiyyat sahələrindəki problemləri gündəmə gətirir. Bu fəallaşma, Ermənistanın siyasi mənzərəsində yeni müxalifət hərəkatlarının yaranmasına səbəb ola bilər.

Rusiya və Ukrayna arasında bu il müharibənin bitəcəyi ehtimalının yüksəkliyi fonunda Ermənistanda vəziyyətin gərginləşəcəyinə heç bir şübhə yoxdur. Bu isə avtomatik Bakı və İrəvan arasındakı danışıqlara da təsir edəcək. Vaxt daralır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
4
olaylar.az

5Mənbələr